DİN koronavirusla mübarizə çərçivəsində tədbirləri davam etdirir
09 aprel 2020 11:07 (UTC +04:00)

DİN koronavirusla mübarizə çərçivəsində tədbirləri davam etdirir


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xüsusi karantin rejimində koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.

APA-nın məkumatına görə, polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən paytaxtda əhalinin sıx hərəkətdə olduğu yerlərdə postlar qurulub və insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirməsinə nəzarət edilir.

Qeyd edək ki, insanların bir-biri ilə yaxın əlaqələrini minimuma endirmək, bununla da infeksiyaya yoluxmanın sürətini azaltmaq məqsədi ilə ölkə ərazisindəki xüsusi rejim dövrü martın 31-dən aprelin 20-dək gücləndirilib. İnsanların fərdi evlərindən və mənzillərindən çıxışına yalnız təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə gedildikdə, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə icazə verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997
avatar

Oxşar yazılar