DİM onlayn sınaq imtahanlarına start verir
19 noyabr 2019 15:03 (UTC +04:00)

DİM onlayn sınaq imtahanlarına start verir

Dövlət İmtahan Mərkəzi (DİM) və otk.az portalı yeni onlayn sınaq imtahanlarına start verəcək.

Bu barədə Lent.az-a DİM-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 25-dən otk.az portalında qeydiyyatdan keçib aşağıdakı yeni onlayn imtahanlara yazılıb istədiyiniz vaxt imtahan vermək mümkündür:

- IX sinif buraxılış imtahanı (I və II mərhələ)
- IX sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı
- XI sinif buraxılış imtahanı (qəbul imtahanının I mərhələsi)
- XI sinif Rus bölməsi üçün Azərbaycan dili imtahanı

Qeyd edək ki, buraxılış imtahanları Azərbaycan və rus bölmələri üçün nəzərdə tutulub. İmtahanlar tədris proqramının yanvar ayına kimi olan hissəsini əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1296
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar