DİM fəaliyyətini məsafədən necə təşkil edir?
02 aprel 2020 11:42 (UTC +04:00)

DİM fəaliyyətini məsafədən necə təşkil edir?

Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarına sosial təcrid üçün əlverişli şərait yaratmaqla fəaliyyətini məsafədən təşkil edir.

DİM-dən Lent.az-a verilən məlumata görə, hazırda rəhbərlik və struktur bölmələr arasında məsləhətləşmələr məsafədən ünsiyyət üçün nəzərdə tutulan müəyyən proqramlar vasitəsilə onlayn qaydada keçirilir.

Vətəndaşların qəbulu müvəqqəti dayandırılsa da, onların müraciətləri 1653 Çağrı Mərkəzi, elektron poçt, sosial şəbəkə hesabları, həmçinin DİM-in regional bölmələri üzrə telefon vasitəsilə cavablandırılır. Vətəndaşlar Mərkəzin [email protected] elektron poçt ünvanına da yaza, həmçinin məlumat almaq üçün DİM-in saytı (dim.gov.az) və sosial şəbəkələrdəki (“Facebook”, “Instagram”, “Twitter” “Telegram”) hesablarını izləyə bilərlər. 

Dövlət İmtahan Mərkəzinin “Youtube” kanalına "vizuallaşdırılmış dərs"lərin yerləşdirilməsi də davam edir. Yeni dərslər hazır olduqca müvafiq bölmələrə əlavə edilir. Son 20 gün ərzində kanala yerləşdirilmiş dərslərə baxış sayı 100 mindən artıq olub.

Otk.az portalı vasitəsilə abituriyentlər ödənişsiz onlayn sınaq imtahanları imkanından istifadə edirlər. Martın 29-dan etibarən portalda aktiv edilmiş 40-dan artıq ödənişsiz imtahan növü üzrə 12239 istifadəçi tərəfindən 23820 yazılış qeydə alınıb (bəzi istifadəçilər bir neçə imtahana yazılıb).

DİM nəşrlərinin onlayn sifariş əsasında poçt xidməti vasitəsilə sifarişçilərin ünvanına çatdırılması işi davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Aygün İbrahimli

Oxşar yazılar