Neçə aylardır ki, dünyanı təşvişdə saxlayan yeni virusun daha bir əlaməti haqda məlumatlar yayılıb. İndi isə koronavirusa yoluxanların ayaqlarında problem (səpgi, göyərmə, yara, qızartı) yarandığı bildirilir. Məlumata görə, ayaqqlarda, barmaqlarda yaranan bu hal koronavirus infeksiyasının əlamətlərindən biri hesab olunur. İtalya və İspaniyadan olan həkimlər bu nəticəyə gəliblər. COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirilən hər beş italiyalıdan birində dəri problemləri var. Əksər hallarda bu simptom uşaqlarda və yeniyetmələrdə olur. İspaniya Pediatrlar Assosiasiyası, koronavirusun yaratdığı bu əlamətin çiçək və ya qızılca xəstəlikləri zamanı yaranan səpgilərə, yaralara bənzədiyini açıqlayıb. Bir qayda olaraq, ayaqlarda, barmaqlarda qızartı görünür və sonradan bədəndə iz qoymadan sağalır.
Həkimlər insanları belə bir əlamətə qarşı diqqətli olmağa və əgər bunu görərlərsə, evdə özlərini təcrid etməyə çağırıblar. Eyni zamanda, mütəxəssislər vətəndaşlara yalnız bu simptom olduqda tibb mərkəzlərinə getməməyi, lakin belə bir əlamət görərlərsə, səhhətlərinə diqqət etməyin vacivliyini vurğulayıblar.