Bu uşaqların müayinəsinə başlanıldı
01 iyun 2020 16:27 (UTC +04:00)

Bu uşaqların müayinəsinə başlanıldı

İyunun 1-də 2020-2021-ci tədris ilində  xüsusi təhsildə I sinfə qəbul olunacaq və həmçinin təkrar müayinəsi tələb olunan sağlamlıq imkanları məhdud uşaqların müayinə olunma prosesinə start verilib. 

Təhsil Nazirliyindən Lent.az-a verilən xəbərə görə, psixoloji-tibbi-pedaqoji komissiyaların həyata keçirdiyi proses sentyabrın 30-dək davam edəcək.

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronovirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə müayinə zamanı riayət olunmasına və eləcə də müayinə tarixlərinə  dair təlimati məktub yerli təhsili idarəetmə orqanlarına göndərilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsilə cəlb olunmaları barədə qərar psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən uşaqların  fiziki çatışmazlıqlarının, əqli və (və ya) psixi ləngimələrinin diaqnostikası əsasında verilir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2551
avatar

Aygün İbrahimli

Oxşar yazılar