Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və ABŞ-ın Corc Vaşinqton Universiteti arasında imzalanan ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə magistratura səviyyəsinə sənəd qəbulunun müddəti dəyişdirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müddət mayın 20-dək uzadılıb.
Məlumat üçün bildirək ki, sözügedən proqram üzrə bu i martın 13-də sənəd qəbulu barədə elan verilib.
Magistratura səviyyəsində təhsil iki il müddətində və ingilis dilində aparılacaq.