Bu sinif şagirdləri müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər
14 oktyabr 2020 20:04 (UTC +04:00)

Bu sinif şagirdləri müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər

Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər. 

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, növbəti müddətdə COVİD-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində COVİD-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, oktyabrın 15-dən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 604
avatar

Oxşar yazılar