“Ən önəmli məsələlərdən biri laborator diaqnostika ilə pasiyentlərin sürətli tapılmaqla, onların izolyasiyası idi. Bakıda və ölkənin bütün regionlarda sürətli yoluxma hallarının aşkarlanması üçün laborator logistika xəritəsi tərtib edilib".
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, Naxçıvanda və Gəncədə artıq laboratoriyalar fəaliyyət göstərir: “Bu həftənin sonuna qədər Şəkidə laboratoriya fəaliyyətə başlayacaq. Gələn həftənin əvvəlindən isə Sumqayıtda tam avtomatlaşdırılmış laboratoriyamız fəaliyyətə başlayacaq".