Bu rayonda xəstəxana direktoru işdən çıxarılıb? - TƏBİB-DƏN AÇIQLAMA
08 iyun 2020 17:48 (UTC +04:00)

Bu rayonda xəstəxana direktoru işdən çıxarılıb? - TƏBİB-DƏN AÇIQLAMA

 “Bu gün bəzi xəbər portallarında “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” publik-hüquqi şəxsin direktoru Həsən Fərman oğlu Hüseynovun guya karantin rejiminin tələblərini pozduğu və tibb müəssisəsi daxilində kütləvi yoluxmalara yol verdiyi səbəbindən TƏBİB tərəfindən işdən azad olunduğu bildirilib”.

Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Məlumatda qeyd olunub ki, yazılanlar həqiqəti əks etdirmir və direktor H.Hüseynov digər vəzifəyə keçirilməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilib: “Bir daha bütün kütləvi informasiya vasitələrinin nümayəndələrindən xəbər hazırlayarkən diqqətli olmalarını və rəsmi mövqe olmadan məlumatı ictimailəşdirməməyi xahiş edirik”.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4531
avatar

Aygün İbrahimli

Oxşar yazılar