Bu obyektlərdə pozuntular aşkarlandı - RƏSMİ
17 iyun 2020 20:29 (UTC +04:00)

Bu obyektlərdə pozuntular aşkarlandı - RƏSMİ

 

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlər əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə, xidmət və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində yoxlama-nəzarət tədbirləri davam etdirilir.

AQTA-dan APA-ya verilən məlumata görə, AQTA əməkdaşları tərəfindən 16 iyun 2020-ci il tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 191-i ictimai iaşə obyekti, 231-i ərzaq satışı mağazası olmaqla, ümumilikdə 422 müəssisədə reyd keçirilib.

Bakı şəhəri üzrə:

Nəsimi rayonunda “Şəki” və “Ailəvi” restoranları

Suraxanı rayonunda “Xəzər” kafesi

Xəzər rayonu Türkan kəndində “Türkan” restoranı

Nərimanov rayonunda “Abu” market

Digər rayon və şəhərlər  üzrə: 

Abşeron rayonu Novxanı kəndində “As-Araz”, “Al market”, “Grandmart” market

Xırdalan şəhərində “Beyazit Lahmacun” restoranı, fiziki şəxs Məmmədov İlqar Həsən oğluna məxsus kafe

Sumqayıt şəhərində fiziki şəxs Əhmədova Xavər Məmməd qızına məxsus kafe

Bərdə rayonunda fiziki şəxs Quliyev Mədət Malçı oğluna məxsus yeməkxana, fiziki şəxs Nəsirov Mirzə Balaca oğluna məxsus “Şuşa” kafesi, “Yaşıl” və “Sahil” kafeləri, fiziki şəxs Məmmədov Rafiz Saqif oğluna məxsus market

Ağsu rayonunda fiziki şəxs Əhmədov Yalçın Əmiraslan oğluna məxsus kafe, fiziki şəxs Rafiqli Rəvana məxsus yeməkxana

Qazax rayonunda “Göyəzən”, “Köz dönər”, “Palma”, “Göyçə” restoranları, “Anar” market

Quba rayonunda “Alma”, “Yüksəl”, “Ay işığı” restoranları, “Princes” market

Şəmkir rayonunda “Alaxantallı”, “Ozan”, “Sərin”, “Murad”, “Uğur”, “Görüş” kafeləri, “Ceyhun”, “Əli”, “Ələkbər” və “Elmir” marketlər, fiziki şəxs Məmmədov Rövşən Hidayət oğluna, Kamilova İradə Fərhad qızına məxsus marketlər

Ucar rayonunda “Nuş olsun” və “Yay” kafeləri

Xaçmaz rayonunda “Çinar” restoranı, fiziki şəxs Müslümov Emin Ağasbala oğluna məxsus “Euro” market

Göyçay rayonunda fiziki şəxs Əliyev Ceyhun Əhməd oğluna məxsus market

Goranboy rayonu Qızılhacılı qəsəbəsində “Aləm”, “Qızılhacılı”, “İdeal”, “Al market”, “Kral”, “Çökək”, “Aysberq” və fiziki şəxs Novruzov Ziya Qəhrəman oğluna məxsus market

Oğuz rayonunda fiziki şəxs Əhmədov Qəşəm İzmət oğluna məxsus market 

Qəbələ rayonunda Səbzəliyev Daşqın Nizami oğluna məxsus market  

Balakən rayonunda Umarova Rəna və Çantayev Rahiləyə məxsus market 

Lənkəran şəhərində Əliyev İlham Yusif oğluna və Mövsümzadə Mövsüm Əlisahib oğluna məxsus market

Sabirabad rayonunda Abdullayev Bilal, Abbasov Arzu, Zeynalov Arzuya məxsus marketlər, Cavad kəndində fəaliyyət göstərən “Mehrac” və “Oba” marketlər

İmişli rayonunda “Məhəmməd”, “Dostlar”, “Rəşad”, Ağsu şəhərində fiziki şəxslər - Əsgərov Lətif Mehman oğlu, Ələkbərov Nəsir Adil oğlu, Əliyev Cavanşir Əyyam oğlu, Hüseynov Arif Nəriman oğlu, Həşimov Elnur Oktay oğlu, Cəbrayılov Elçin Füzuli oğluna məxsus marketlər daxil olmaqla reyd keçirilən 232 obyektdə  Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. 

Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər görülüb. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib. 

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3235
avatar

Oxşar yazılar