Bu məhsulların gətirilməsinə qoyulan qadağa aradan qaldırıldı - AQTA
17 aprel 2020 12:10 (UTC +04:00)

Bu məhsulların gətirilməsinə qoyulan qadağa aradan qaldırıldı - AQTA

Diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb.
Bu barədə Lent.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OIE) dünyanın bir sıra ölkələrində müxtəlif növ heyvanlarda baş vermiş xüsusi təhlükəli heyvan xəstəliklərinin aradan qaldırılması barədə məlumatlar yayıb. Eyni zamanda xəstəliyin ləğv edilməsindən sonra gözləmə müddətləri başa çatıb və ölkələrin sağlamlıq statusu bərpa olunub. Nəticədə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlərə yenidən baxılması zərurəti meydana çıxıb.
 Bununla əlaqədar olaraq, AQTA tərəfindən  baytarlığa dair qərarları ilə tətbiq edilmiş bir sıra məhdudiyyətlərin  aradan qaldırılması qərara alınıb. Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsas götürülərək  xırda buynuzlu heyvanların çiçək xəstəliyi və blutanq xəstəliyi üzrə müxtəlif ölkələrdən diri heyvan və ya heyvan mənşəli məhsulların idxalına tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.

Eyni zamanda qəbul olunmuş qərarla bağlı  bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə yanaşı qarşı ölkələrin müvafiq baytarlıq orqanlarına məlumat verilib və müvafiq tədbirlərin həyata keçirilməsi üçün  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Dövlət Gömrük Komitəsinə aidiyyatı üzrə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831
avatar

Aygün İbrahimli

Oxşar yazılar