Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
17 aprel 2020 15:04 (UTC +04:00)

Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA

Rusiya allerqoloqlarının fikrincə, şəhərlərdə qovaq ağacının çiçəkləri koronavirusun potensial daşıyıcısı ola bilər. Bu fikir nə qədər həqiqətə uyğundur? Ümumiyyətlə, ağac tozucuqları virus daşıyıcısı ola bilərmi?

Həkim-allerqoloq Nərmin Zakirli Lent.az-a bildirib ki, bu yanlış fikirdir: "Ağacların tozucuqlarının virus yaymasının heç bir elmi əsası yoxdur. Çiçək tozları öz üstündə virusları daşımır. Virus havada deyil, hansısa insanda olmalıdır ki, digər insana keçə bilsin. Yəni virusun daşıyıcısı polenler ola bilməz. Daşıyıcı insanlar olur".

Həkimin sözlərinə görə, hazırda yaz mövsümü olduğu üçün allergiya problemli insanlar səhv başa düşür, allergiya olduqları halda qrip olduqlarını düşünürlər.

Həkimon fikrincə, allergiya xəstələri koronavirus təhlükəsinə görə risk daşıyıcıları deyil: "Sadəcə olaraq bronxial astma xəstəliyi olanlar koronavirusa yoluxarsa, bu onların xəstəliyini ağırlaşdıra bilər".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4660
avatar

Aygün İbrahimli

Oxşar yazılar