Azərbaycanda elan edilən xüsusi karantin rejimində ictimai-iaşə müəssisələrinin fəaliyyətinə aydınlıq gətirilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, karantin rejiminə əsasən, ictimai-iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunub, müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilib, evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilib.
E. Zahidov bildirib ki, karantin rejimi restoran, kafe və çayxanalarda müştərilərə yerində xidmət vaxtı saat 12.00-dan 15.00-a qədərdir: “İri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti ümumiyyətlə dayandırılıb. Digər ictimai-iaşə müəssisələrinin fəaliyyətində isə hər hansı dəyişiklik yoxdur. Yəni bərbərxana, gözəllik salonları, avtomobil yuma məntəqələri, pinəçilərin iş rejiminə məhdudiyyət isə nəzərdə tutulmayıb”.