Birdəfəlik ödəmə üçün işsizlərin bugünkü MÜRACİƏT QRAFİKİ
09 aprel 2020 00:01 (UTC +04:00)

Birdəfəlik ödəmə üçün işsizlərin bugünkü MÜRACİƏT QRAFİKİ

Məlum olduğu kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik ödəməni (190 manat) almaq hüququna baxılması üçün işsiz şəxslərin qeydiyyatı ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin qrafikini hazırlayıb.

Lent.az məlumat verir ki, sözügedən qrafikə uyğun olaraq aprel ayının 9-u, yəni bu gün Bakı (Xətai, Nərimanov, Nizami, Qaradağ), Sumqayıt, Abşeron, Xaçmaz, Quba, Şirvan, Ağdaş, Qusar, Hacıqabul, Şabran, Siyəzən qeydiyyatlı olan şəxslər elektron qaydada (www.e-sosial.az) müraciət edə bilərlər.

Qeyd edək ki, 12 aprel tarixindən etibarən bu məhdudiyyət aradan qaldırılacaq.

İnternetə əlçatanlığı olmayan vətəndaşlar isə olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyatla alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini http://sosial.gov.az/laq-nomrlri linkinə daxil olmaqla öyrənmək olar.

Əlavə edək ki, saytımızda birdəfəlik ödəməni almaq üçün işsiz vətəndaşların etməli olduqlarına aydınlıq gətirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13867
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar