“Oktyabrın 1-dən bugünədək Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 6 nəfər dərman zəhərlənməsi ilə bağlı müraciət edib”.
Bu sözləri Lent.az-a açıqlamasında həmin şöbənin müdiri, Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib. O bildirib ki, zəhərlənənlər arasında ölüm halı baş verməyib:
“Eyni zamanda bu ay 2 nəfər sirkə turşusundan, 5 nəfər isə göbələkdən zəhərlənib. Göbələkdən zəhərlənənlərin 3-ü bir ailədən olub. Onların zəhərlənməsinə səbəb isə meşədən zəhərli göbələyi yığıb, bişirib yemələri olub”.
A.Maqsudov qeyd edib ki, zəhərlənənlər arasında ölüm halı baş verməyib:
“Hazırda şöbədə 2 nəfər zəhərlənmə ilə əlaqədar qalmaqdadır. Digərlərinin isə vəziyyətləri yaxşılaşıb və evə buraxılıblar”.