Təhsil Nazirliyi Biləsuvar rayon Səmədabad kənd orta məktəbində baş verən özbaşınılıqla bağlı sosial şəbəkələrdə yayılan məlumatla bağlı açıqlama verib.
Nazirlikdən Lent.az-ın sorğusuna cavab olaraq, Səmədabad kənd məktəbində təlim-tərbiyə üzrə direktor müavini işləyən Əlitudə Eyniyevin, eyni zamanda kəndin Arazbari kənd ümumi məktəbində direktor kimi fəaliyyət göstərməsinə aydınlıq gətirilib.
Cavabda deyilir: “Biləsuvar rayon Təhsil Şöbəsinin açıqlamasında bildirilir ki, həmin məktəbdə hazırda 7 şagirdlə 2 sinif komplektində tədris aparılır. Tərəfimizdən məktəbin bağlanması ilə əlaqədar Təhsil Nazirliyinə müraciət edilib. Hazırda məktəbdə direktor işləməyə real namizəd yoxdur. Odur ki, qonşu məktəbin direktor müavini Əlitudə Eyniyevə Arazbarı kənd ümumi orta məktəbin direktoru vəzifəsini müvəqqəti icra etmək tapşırılıb”.
Qeyd edək ki, sosial şəbəkədə Biləsuvar rayon Təhsil Şöbəsində özbaşınalıq edən, şöbənin müdiri Aqşin Bağırovun heç bir qanuna sığmayan əməlindən bəhs olunurdu. Səmədabad kənd orta məktəbin təlim-tərbiyə üzrə direktor müavini E.Əlitudənin müəllim, eyni vaxtda da Biləsuvar qacqın şəhərciyiyində yerləşən Arazbari orta məktəbində direktor kimi calışdığı və bu faktla bağlı heç bir tədbir görülmədiyi də bildirilirdi.