“Ötən gün ərzində və gecə boyu Bəhram Bağırzadənin vəziyyətində əhəmiyyətli dəyişiklik baş verməyib. Vəziyyəti stabil, yalnız kritik ağır olaraq qalır”.
APA-nın məlumatına görə, bunu Mərkəzi Gömrük Hospitalının rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev deyib.
Onun sözlərinə görə, B. Bağırzadənin analizlərində, qan qazlarının göstəricilərində və başqa həyati mühüm göstəricilərdə ötən gün ərzində ciddi dəyişiklik baş verməyib: “Təyinatlar yerinə yetirilir. Bütün lazım olan müalicə davam etdirilir”.