Beyninə qan sızan qadın koma vəziyyətində əməliyyat edilib
10 fevral 2020 16:10 (UTC +04:00)

Beyninə qan sızan qadın koma vəziyyətində əməliyyat edilib

Baş beyninə qan sızan xəstə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında uğurla əməliyyat olunub.

e-tibb.az xəbər verir ki, bu barədə ATU-nun mətbuat xidmətinə danışan universitetin dosenti, neyrocərrah Rövşən Xəlilzadənin sözlərinə görə, xəstə 52 yaşlı qadın olub: “Xəstə Yevlax rayonundan klinikamıza şüursuz halda, koma vəziyyətində çatdırılıb. Müayinələr nəticəsində baş beyinə qansızma aşkarlanıb. Qansızmanın mənbəyini müəyyənləşdirmək üçün biz kompüter tomoqrafik angeoqrafiya apardıq. Bu müayinənin özünün də unikallığı var. Müayinə nəticəsində baş beyin arteriyalarının anevrizması, yəni damar divarının şar şəkilli böyüməsi aşkar olunub”.

R.Xəlilzadənin sözlərinə görə, divarın böyüməsi nəticəsində damarın partladığı və beyinə qan sızdığı aşkarlanıb. Buna görə də TCK həkimləri əməliyyata qərar veriblər.

Əməliyyat 4 saat davam edib. Bu zaman anevrizmanın boynuna klip yerləşdirilib. Xəstə bir müddət reanimasiyada qaldıqdan sonra evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1933
avatar

Oxşar yazılar