Ölkənin baş infeksionisti Cəlal İsayev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.
Səhiyyə Nazirliyindən Lent.az-a verilən məlumata görə, baş infeksionist vəzifəsinə yeni təytinat da olub.
Belə ki, Təyyar Eyvazov yeni baş infeksionist təyin edilib.
Qeyd edək ki, Təyyar Eyvazov Səhiyyə Nazirliyi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun prorektoru, eyni zamanda institutun infeksion xəstəliklər kafedrasının müdiridir.