Bakıya xüsusi təyinatlı yeni texnika gətirildi
19 noyabr 2020 14:52 (UTC +04:00)

Bakıya xüsusi təyinatlı yeni texnika gətirildi

Prezident İlham Əliyevin şəhər təsərrüfatı və kommunal xidmətlərin işinin daha da təkmilləşdirilməsi, bu istiqamətdə həyata keçirilən işlərin yeni səviyyəyə çatdırılması ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti qarşısında qoyduğu tapşırıqlarin icrası həyata keçirilir. 

Bakı şəhər İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, bu işlər çərçivəsində paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə Prezidentin ayırdığı maliyyə vəsaiti hesabına ötən il Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün müasir tələblərə tam cavab verən kommunal təyinatlı yeni avtonəqliyyat vasitələri və mexanizmlər alınıb, bu il də bu işlər davam etdirilir.

Hazırda ölkəmizin müharibə şəraitində olmasına və koronavirus pandemiyası ilə mübarizə tədbirlərinin genişləndirilməsinə baxmayaraq, bu il üçün alınması nəzərdə tutulan 25 ədəd Almaniya istehsalı olan xüsusi təyinatlı avto nəqliyyat vasitəsınin 16-sı artıq Bakıya gətirılib, qalanları da ilin sonuna kimi gətiriləcək.

Məlumatda bildirilir ki, yeni texnikaların tətbiqi kommunal xidmətlərin mövcud avtoparkınin yenilənməsinə və əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsinin daha da yüksəldilməsinə səbəb olacaq. Texnika sayının artırılması şəhərin müxtəlif rayonlarında məişət tullantılarının vaxtında daşınması və şəhərin ekoloji durumunun yaxşılaşdırılmasına müsbət təsir göstərəcək.

Qeyd olunub ki, müxtəlif həcmli və təyinatlı bu texnikalar həm də Bakı şəhərində Böyük Britaniyanın Mott MacDonald şirkətinin iştirakı ilə həyata keçirilən bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsinin paytaxtın digər rayonlarında da tətbiq edilməsi işlərində kömək olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2812

Oxşar yazılar