Bakıya gələ bilməyən əlillərin reabilitasiya vasitələri evlərinə aparılıb
18 noyabr 2019 19:48 (UTC +04:00)

Bakıya gələ bilməyən əlillərin reabilitasiya vasitələri evlərinə aparılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi növbəti səyyar xidmət tədbiri keçirib.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, Salyan, Neftçala, Biləsuvar, Cəlilabad rayonlarında yaşayan əlilliyi olan şəxslərə ehtiyac duyduqları reabilitasiya vasitələri həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.

Salyan rayonu üzrə 26, Biləsuvar rayonu üzrə 19, Cəlilabad rayonu üzrə 34, Neftçala rayonu 8 nəfər olmaqla, dörd rayon üzrə 87 nəfər əlilliyi olan şəxsə ümumilikdə 403 reabilitasiya vasitəsi verilib. Onlar 12 əlil arabası, aşağı və ətraf protezləri,  ortopedik və protez ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar, əsalar və s. ilə təmin ediliblər.

Səyyar formada xidmət göstərilən vətəndaşlar, eləcə də onların ailə üzvləri bu tədbirdən, ümumən əliliyi olan şəxslərin sosial müdafiəsi, tibbi və sosial reabilitasiyası istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.

Ehtiyac duyduqları reabilitasiya vasitələrini almaq üçün özlərinin, yaxud yaxınlarının  Bakıya, Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilmək imkanı olmayan fiziki məhdudiyyətli insanlara mərkəzin əməkdaşları bu vasitələri ya yaşadıqları rayonlara apararaq təqdim edir, ya da evlərinə çatdırırlar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 913
avatar

Aygün İbrahimli

Oxşar yazılar