Bakının bu ərazilərində tıxac var - SİYAHI
23 noyabr 2020 17:44 (UTC +04:00)

Bakının bu ərazilərində tıxac var - SİYAHI

0

"Hazırda paytaxtın əsas küçə və prospektlərində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur".

Lent.az məlumat verir ki, bu barədə Bakı Nəaliyyat Agentiliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. O qeyd edib ki, bu səbəbdən də əksər istiqamətlərdə müntəzəm və ekspress xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr var.

M.Ağayev sıxlıq olan əraziləri də açıqlayıb:

"Heydər Əliyev prospekti - köməkçi yolda Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq şəhər istiqamətində Heydər Əliyev Mərkəzinədək.

A.Salamzadə küçəsi - Z.Bünyadov prospekti istiqamətində. 

Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi ilə kəsişmədən başlayaraq

Heydər Əliyev prospekti istiqamətində.

Yusif Səfərov küçəsi - Heydər Əliyev prospekti istiqamətində. 

Z.Bünyadov prospekti - 20 yanvar dairəsi istiqamətində Atatürk prospekti ilə kəsişməyədək. 

Afiyəddin Cəlilov küçəsi - sıxlıq

Babək prospekti - Yusif Səfərov prospekti istiqamətində".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1513

Oxşar yazılar