Magistral kəmərlərdə baş vermiş qəza ilə əlaqədar Qaradağ, Binəqədi və Xətai rayonlarının bəzi ərazilərində içməli suyun verilişində fasilələr yaranıb.
"Azərsu'" ASC-dən Lent.az-a bildirilib ki, yaranmış narahatlıqla əlaqədar "Azərsu'" ASC abonentlərdən üzr istəyir. Hazırda qəza briqadaları hadisə yerində işləyir, təmir işləri yekunlaşan kimi suyun verilişi bərpa olunacaq.