Bakıdakı bu binalar söküləcək
20 fevral 2020 16:47 (UTC +04:00)

Bakıdakı bu binalar söküləcək

Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli qərarı ilə “Pilot layihə” çərçivəsində Rayon İcra Hakimiyyətinə verilmiş əlavə vəzifə və tapşırıqların icrası ilə bağlı işlər 2019-cu ildə də davam etdirilib.

APA-nın məlumatına görə, bunu Sabunçu rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirib.

A. Vəliyev deyib ki, indiyədək qəzalı vəziyyətdə olmuş onlarla çoxmənzilli yaşayış binası və onların ətrafındakı primitiv tikililər sökülərək yerində müasir tələblərə cavab verən yeni çoxmərtəbəli binalar tikilərək sakinlərin istifadəsinə verilib: “Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının tapşırığına əsasən rayonun Sabunçu qəsəbəsi, A.Əsədullayev küçəsi, 27 saylı; Rəsulzadə küçəsi, dalan 3/ 2 saylı; D.Pişəvari küçəsi, 13q  və 15 saylı; 2 Aprel küçəsi, 8a və 18 saylı; Zabrat qəsəbəsi, N.Nərimanov küçəsi, 6 saylı evlər qəzalı vəziyyətdə olduğundan, sakinlərin təhlükəsizliyini təmin etmək məqsədilə onlara birdəfəlik maddi yardım ödənilməklə, binalardan köçürülməsi üçün vəsait ayrılıb və həmin binalarda yaşayan ailələrə mövcud sənədlər əsasında mənzillərinin ümumi sahəsinə uyğun kompensasiyanın ödənilməsi müəyyənləşdirilib. Qeyd olunan binaların sakinlərinin əksəriyyəti müəyyən edilmiş kompensasiyaları alaraq mənzillərdən köçmüş, digərlərinin isə qarşılıqlı razılığa əsasən köhnə binanın yerində inşa ediləcək yeni binada sahəsi mövcud yaşayış sahələrindən 25 faiz artıq olmaqla, tam təmirli mənzillərlə təmin olunması nəzərdə tutulub. Bu işlər hazırda davam etdirilir və cari ilin sonlarına kimi yeni binaların inşasının başa çatdırılması planlaşdırılır. Eyni zamanda  Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 12; Ərəblinski 14, 14a, 16, 18, 18a; Nazim İsmayılov 70, 72, 74; R.Qəmbərov 19, 21; Ərəblinski-1 və Aşıq Alı 9  ünvanlardakı istismar müddətini keçmiş qəzalı yaşayış binaları və qeyri-yaşayış obyektlərinin sökülərək oradakı ailələr kirayə mənzillərlə təmin edilib. Hazırda həmin ünvanlarda yeni çoxmərtəbəli yaşayış binalarının inşası yekunlaşmaq mərhələsindədir. Sabunçu qəsəbəsi Əsədullayev küçəsindəki və başqa köhnə binaların yerində də yeni çoxmənzilli binaların tikintisi planlaşdırılıb və hazırda sənədləşdirmə işləri aparılır”.

Qeyd edək ki, Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli qərarına əsasən, Sabunçu rayonunda qəzalı binalarla bağlı ilk pilot layihənin icrasına başlanmışdı. Qərara əsasən, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti "Pilot layihə" formatında 5 il müddətinə  mülki, mənzil və şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən yaşayış binalarının, habelə sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulmasını, ərazi və ərazi hissələrinin müfəssəl planlarının hazırlanmasını və təsdiqini, habelə yeni tikiləcək yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini, mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri hesabına inşa ediləcək çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə və dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını təmin etməli idi. Eyni zamanda Sabunçu Rayon İcra Hakimiyyəti bu müddət ərzində  qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını həyata keçirməli idi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8875
avatar

Oxşar yazılar