Bakıda xüsusi beynəlxalq hospital: peşəkarlar işləyəcək
04 sentyabr 2020 15:03 (UTC +04:00)

Bakıda xüsusi beynəlxalq hospital: peşəkarlar işləyəcək

Bakının Nizami rayonu ərazisində yerləşən Məlhəm Beynəlxalq Hospital fəaliyyətə başlayıb.

Yeni istifadəyə verilən xəstəxana 120 nəfər həkim, 270 nəfər orta tibb işçiləri olmaqla 390 nəfər peşəkar həkim-mütəxəssis heyəti və müasir tibbi avadanlıqlarla beynəlxalq tibbi standartlara uyğun yüksək səviyyəli tibbi xidmət göstərəcək. Xəstəxana 100 çarpayılıq olmaqla, 28000 kv. metr sahəsi olan 5 mərtəbəli binada yerləşir.

Məlhəm Beynəlxalq Hospital tam profilli xəstəxana olaraq vətəndaşlarımızın yüksək tibbi xidmət və qayğı ilə təmin olunması məqsədinə xidmət edəcək.

Xəstəxanada ürək-damar cərrahiyyəsi, kardiologiya (invaziv və qeyri-invaziv), mama-ginekologiya, neonatologiya, pediatriya, təcili tibbi yardım, reanimasiya, ümumi ərrahiyyə, ortopediya-travmatologiya, neyrocərrahiyyə, qulaq, burun və boğaz xəstəlikləri, urologiya, anesteziologiya, daxili xəstəliklər, qastroenterologiya, kosmetologiya, hemodializ, fizioterapiya-reabilitasiya, mərkəzi sterilizasiya kimi əsas tibbi xidmət sahələri fəaliyyət göstərəcək.

Tam avtomatlaşdırılmış laboratoriya xidməti, həftənin bütün günləri 24 saat boyunca təcili tibbi yardım xidməti, müasir və ən üst səviyyə şüa diaqnostika avadanlıqları olan Məlhəm Beynəlxalq Hospital müasir və mükəmməl səviyyəli xəstəxanaya çevrilməkdə iddialıdır. Eyni zamanda, xəstəxanada xəstə və xəstə ziyarətçilərinin rahatlığının təmin edilməsi məqsədilə 200 yerlik qapalı avtodayanacaq da mövcuddur. Bütün bina ərazisində güclü havalandırma, yanğından mühafizə və videomüşahidə sistemləri təşkil olunub.

Dövlət başçısı cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində son illərdə sosial siyasətin başlıca istiqamətlərindən birini səhiyyə sektoru təşkil edir. Bu istiqamətdə icra olunan layihələrin tərkib hissəsi kimi vətəndaşların istifadəsinə verilən Məlhəm Beynəlxalq Hospital xəstələrin daim diqqət mərkəzində saxlanılmasını, onların hər birinə unikal müalicə tətbiq olunmasını və onların xüsusi diqqət, şəfqət və hörmət ilə əhatələnməsini qarşısına məqsəd qoyur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3340

Oxşar yazılar

Bəxt 3 BÜRCÜN tərəfindədir:  ulduzlar  nələr vəd edir?

Bəxt 3 BÜRCÜN tərəfindədir: ulduzlar nələr vəd edir?

13 may 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var -  SİYAHI

Bakıda bu yollarda sıxlıq var - SİYAHI

13 may 2025 , 08:44
May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

May ayında 4 BÜRCÜN arzuları gerçəkləşəcək

13 may 2025 , 00:02
Dörd BÜRC üçün  pul çay kimi  axacaq 

Dörd BÜRC üçün pul çay kimi axacaq 

12 may 2025 , 18:39
Bu məhsulu soyuducuda açıq saxlamaq  təhlükəlidir - XƏBƏRDARLIQ

Bu məhsulu soyuducuda açıq saxlamaq təhlükəlidir - XƏBƏRDARLIQ

12 may 2025 , 18:25
Leysan, dolu və sulu qar  XƏBƏRDARLIĞI

Leysan, dolu və sulu qar XƏBƏRDARLIĞI

12 may 2025 , 16:54
Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

12 may 2025 , 16:34
Dahilərdən qadınlar haqqında 9 sitat

Dahilərdən qadınlar haqqında 9 sitat

12 may 2025 , 15:49