Bakıda süd məhsulları istehsalı sexinin fəaliyyəti məhdudlaşdırıldı
02 mart 2020 14:57 (UTC +04:00)

Bakıda süd məhsulları istehsalı sexinin fəaliyyəti məhdudlaşdırıldı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) əməkdaşları Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, G.Ramazanov küçəsi 17 ünvanında fəaliyyət göstərən fiziki şəxs Malıyev Elçin Yaqub oğluna məxsus süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.

Agentlikdən Lent.az-a verilən məlumata görə, yoxlama zamanı qanunsuz fəaliyyət göstərən müəssisədə sanitar-gigiyenik qaydaların tələblərinə, həmçinin istehsal prosesində texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı aşkarlanıb. Bundan başqa, xammalın fiziki, kimyəvi və təhlükəsizlik göstəriciləri yoxlanılmadan birbaşa istehsala verildiyi müəyyən edilib.

Müəssisəyə baxış zamanı xammalın qəbulu, südün termiki emalı və mayalanmanın eyni sahədə aparıldığı aşkarlanıb. Məhsullardan nümunələr götürülərək müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Aşkar olunmuş faktlara əsasən qanunvericiliyin tələbləri çərçivəsində müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1032
avatar

Aygün İbrahimli

Oxşar yazılar