Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Lent.az-a verilən məlumatagörə, bu çərçivədə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində Nəqliyyat Könüllülərinin iştirakı ilə aksiya keçirilib. Könüllülər mərkəzin ərazisində sərnişinlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (Təbib) hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.
Məlumat üçün qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarında sərnişinlərin, sürücülərin və digər personalların əllərini dezinfeksiya etməsi üçün zallara xüsusi dərman məhlulları olan qutular qoyulub.