Bakıda havanın temperaturu normadan yüksək olub - FAKTİKİ HAVA
25 mart 2020 12:59 (UTC +04:00)

Bakıda havanın temperaturu normadan yüksək olub - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, martın 25-i gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib. Sumqayıt, Bakı, Maştağa, Binə, Pirallahı, Çilov adası, Şəmkir, Nabran, Xaçmaz, Qəbələ, Lerik , Biləsuvar, Lənkəranda duman müşahidə olunub.

Havanın temperaturu martın 24-də Bakıda iqlim normasından 5.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19°-dək isti, Aran rayonlarında 17-20° isti, dağlıq rayonlarda 12° -dək isti, Naxçıvan MR-da 16-22° isti olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 498
avatar

Mehman Nəbiyev

Oxşar yazılar