Bakıda gücləndirilmiş dezinfeksiya aparılacaq
27 noyabr 2020 12:44 (UTC +04:00)

Bakıda gücləndirilmiş dezinfeksiya aparılacaq

0

Son günlərdə COVID-19-a yoluxanlarının sayında kəskin artımın olması nəzərə alınaraq, noyabrın 28-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Lent.az-a Bakı şəhər İcra Hakimiyyətindən bildirilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1661

Oxşar yazılar