Bəzi yeraltı piyada keçdiləri ilə hərəkət məhdudlaşdırılıb.
Bu barədə Lent.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Bildirilir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə xüsusi karantin rejiminin gücləndirilməsi nəticəsində dənizkənarı bulvar, park və istirahət məkanlarına yeraltı piyada keçidlərindən çıxış məhdudlaşdırılıb.