Nizami rayonu, K.Balakişiyev 32 ünvanında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti nazirliyin əməkdaşları yerində araşdırıb.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, sözügedən ünvanda aparılan araşdırma zamanı 3 şam ağacının “Karayev City” MTK tərəfindən tikinti işləri aparılan zaman ağır texnika ilə məhv edildiyi müəyyənləşdirilib. Faktla bağlı akt və protokol tərtib olunub.
“Karayev City” MTK-nın hüquqi şəxs qismində 50 min manat məbləğində cərimə olunması üçün toplanmış materiallar Nizami rayon Məhkəməsinə göndərilib.