Bakıda 26 yaşlı qadın pnevmoniyadan dünyasını dəyişib.
TƏBİB-dən Lent.az-a verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxana çatdırılıb: "Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz təxminən 10 gündən sonra məlum olacaq".
Qeyd edək ki, hadisə barədə ilk məlumatı unikal.org yayıb.