Bakı metrosunun eskalatorlarında YENİ DEZİNFEKSİYA QURĞUSU
23 iyun 2020 15:21 (UTC +04:00)

Bakı metrosunun eskalatorlarında YENİ DEZİNFEKSİYA QURĞUSU


Bakı metropolitenin "28 May" stansiyasındakı eskalatorlarının birində xüsusi dezinfeksiyaedici qurğu quraşdırılıb.

Bunu "APA-Economics"ə "Sumaks" startap şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda qurğu sınaq mərhələsindədir və nəticələr qənaətbəxş olduğu təqdirdə bu qurğularla metronun bütün stansiyalarında olan ekskalatorlar təchiz olunacaq.

Dezinfeksiya qurğuda istifadə olunan ultrabənövşəyi işıqlar vasitəsilə aparılır. Belə ki, eskalatorun daim hərəkətdə olan sürahiləri davamlı şəkildə bu qurğunun içindən keçərək dezinfeksiya olunur: "Bu qurğuların iri ticarət mərkəzlərində istifadə olunan ekskalatorlarda da quraşdırılması ilə bağlı təkliflər verilib".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2893
avatar

Oxşar yazılar