Bakı metrosunun 3 stansiyasının fəaliyyəti bərpa edilib - YENİLƏNİB
27 fevral 2020 17:18 (UTC +04:00)

Bakı metrosunun 3 stansiyasının fəaliyyəti bərpa edilib - YENİLƏNİB

"Elektrik enerjisinin dayanıqlığı təmin olunduğu üçün Metropolitenin 3 stansiyasının ("Həzi Aslanov", "Əhmədli", "Xalqlar Dostluğu") fəaliyyəti bərpa edilib". 

Bu barədə Lent.az-a Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. 

16:41

Saat 15.48-də Metropolitenə gələn elektrik xətlərində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb. 

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar MəmmədovunLent.az-a verdiyi xəbərə görə, xətlərin bütün sahələrində gərginlik bərpa olunub. Yalnız "Həzi Aslanov" - "Xalqlar Dostluğu" sahəsində gələn elektirk enerjisinin dayanıqlığı olmadığına görə 3 stansiyanın fəaliyyəti dayandırılıb, sərnişinlər təxliyə olunur. 

Hazırda tunellərdə qalan qatar yoxdur. 

***

16:23

Bakı metrosunda gərginliyin düşməsi nəticəsində qatarların hərəkətində fasilə yaranıb.

Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun APA-ya verdiyi xəbərə görə, ”Koroğlu” metrostansiyasından “Həzi Aslanov”a qədər gərginliyin düşməsi müşahidə olunub, bu da qatarların hərəkətində fasiləyə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5397
avatar

Oxşar yazılar