Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunacaq - RƏSMİ
27 noyabr 2020 16:19 (UTC +04:00)

Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti bərpa olunacaq - RƏSMİ

0

Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsündə tikinti işləri yekunlaşıb.

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Lent.az-a verilən məlumata görə, artıq körpüdə təhlükəsizliklə bağlı zəruri sınaq tədbirləri görülür.

“Yaxın günlərdə Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkətinin bərpa edilməsi planlaşdırılır.

Dəqiq tarixlə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1825

Oxşar yazılar