Bağçalarla bağlı valideynlərin işi asanlaşdırılır
02 mart 2020 16:07 (UTC +04:00)

Bağçalarla bağlı valideynlərin işi asanlaşdırılır

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtdakı məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, layihəni həyata keçirən mütəxəssislər, mətbuat nümayəndələrinin iştirakı ilə geniş tərkibli seminar-müşavirə keçirilib.

Lent.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Aparatının rəhbəri Elgin Həbibullayev Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Məktəbəqədər Təhsil Müəssisələrinə göstərilən diqqət və qayğıdan danışıb, paytaxtın məktəbəqədər tərbiyə müəssisələrinə uşaqların qəbulunda  şəffaflığın  təmin edilməsi ilə bağlı ölkə başçısının verdiyi tağşırıqların icrası ilə əlaqədar uşaq bağçalarına uşaqların  qəbuluna dair elektron xidmətin yaradılması işləri başa çatdığını bildirib.  Valideynlər evdən çıxmayaraq, innovasion əlavənin köməyi ilə bağçalarda boş yerlər barədə asanlıqla məlumat əldə edərək öz övladını paytaxtın uşaq bağçasına qeydiyyata ala bilərlər.

Pilot layihə kimi seçilən Nizami rayonunda on gün ərzində personalın hazırlanması və öyrədilməsi ilə bağlı treninqlər keçiriləcək, bundan sonra isə qəbulun başlanması barədə elan veriləcəkdir. Bu sistem mərhələli şəkildə Bakı şəhərinin bütün rayonlarında tətbiq ediləcək.

Hazırki layihənin ikinci mərhələsində isə istifadəçinin “Elektron kabinetinin” yaradılması nəzərdə tutulub. Valideynlər buradan gündəlik menyu, həmçinin yemək və təlim-tərbiyə prossesi barədə foto-video hesabatları da əldə  edə biləcəklər. Şəxsi “Elektron kabinet”in köməyi ilə valideynlərlə məktəbəqədər tərbiyə müəssisəsi arasında əlaqələr  sadələşəcək. Arzu edənlər elektron formatda təklif və iradlarını bildirərək müraciətin baxlıması prossesinə nəzarət edə bilərlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1294
avatar

Oxşar yazılar