Badamdardakı sürüşmə deyil, uçqundur - RƏSMİ
17 fevral 2020 10:09 (UTC +04:00)

Badamdardakı sürüşmə deyil, uçqundur - RƏSMİ

“Fevralın 16-da axşam Badamdar qəsəbəsində baş verən hadisə sürüşmə deyil, uçqundur”.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov bildirib.

Onun sözlərinə görə, bu gün səhər əraziyə baxış keçirib: “Hadisə nəticəsində eni 20 metr olan torpaq kütləsi yamacdan qoparaq yolun üzərinə tökülüb. Hadisə antropogen amillər nəticəsində baş verib”.

S. Əmiraslanov deyib ki, həmin ərazidə 3 yaşayış evi yerləşir: “Torpaq kütləsi bu evlərdən birinə ümumiyyətlə çatmayıb, ikinci evə dirənib. Yalnız bir evin divarlarında deformasiyalar əmələ gəlib”.

Qeyd edək ki, fevralın 16-da Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, ev 179 C ünvanında torpaq sürüşməsi baş verib. Sürüşmə nəticəsində 1 ev zədələnib. Sürüşmədən yaranan torpaq qatı yolu kəsib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1348
avatar

Oxşar yazılar