Azərbaycanlı alim koronavirusla bağlı tədqiqatlar aparır
19 fevral 2020 10:58 (UTC +04:00)

Azərbaycanlı alim koronavirusla bağlı tədqiqatlar aparır

Türkiyənin Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tərlan Məmmədov Türkiyədə koronavirusla bağlı tədqiqatlar aparır.

AMEA-dan Lent.az-a verilən məlumata görə, alim tədqiqatlar nəticəsində koronavirusa qarşı hədəf zülallarını müəyyən edib. Bu yaxınlarda zülalların bitki yarpaqlarının hüceyrələrinə köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu hüceyrələrdə virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.

Qeyd edək ki, Tərlan Məmmədov, həmçinin hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir: “Bu vaksinin kliniki sınaqlarda istifadəsini artıq Türkiyə hökuməti dəstəkləyir”.

Bununla yanaşı, azərbaycanlı alim martın 5-7-də Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Biotexnologiya Konqresində “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində malyariya əleyhinə təklif etdiyi vaksinlə bağlı məruzə ilə çıxış edəcək.

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1153
avatar

Aygün İbrahimli

Oxşar yazılar