Azərbaycanın bu bölgəsinə qar yağıb: hava şaxtalıdır
13 aprel 2020 11:15 (UTC +04:00)

Azərbaycanın bu bölgəsinə qar yağıb: hava şaxtalıdır

Aprelin 12-də şimal bölgəsinin bəzi yaşayış məntəqələrinə qar yağıb. 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın Xaltan, Qrız və Xınalıq kəndlərinə, eləcə də Böyük Qafqaz dağlarının ətəklərində yerləşən yaşayış massivlərində də qar müşahidə olunub. Xınalıqda qarın hündürlüyü  8 sm, Qrızda 7 sm, Xaltanda isə 1 sm olub. 

Temperatur isə mənfi 7 dərəcəyədək enib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1094
avatar

Oxşar yazılar