Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən xəbərə görə, fevralın 9-u saat 12:00-a olan məlumata görə, ölkə ərazisində yağıntı qara keçib, bəzi yerlərdə intensiv və güclü olub, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.
Düşən qarın miqdarı: Qəbələdə 29. mm (aylıq normanın 52 %-i), Lənkəran, Sarıbaşda 25 mm (aylıq normanın 47 %-i), Xınalıqda 23 mm, Kişçay (Şəki) (aylıq normanın 50 %-i), Göyçay (aylıq normanın 63 %-i), Astarada 22 mm, Gədəbəydə 21mm, Qrızda 21.0 mm (aylıq normanın 84 %-i), Oğuzda 19 mm (aylıq normanın 38 %-i), Xaltanda 17.0 mm (aylıq normanın 68 %-i), Daşkəsəndə 15 mm, Şəkidə 15 mm, Beyləqan, Qubada 14 mm (aylıq normanın 46 %-i), Zaqatalada 13 mm, Kürdəmir, Qusarda 12 mm, Daşkəsəndə 11mm, Nabran,Yardımlıda 10 mm, Altıağac, Lerik, Göygöldə 9 mm, Ağdam, Tərtər, Kirən (Tovuz), Cəfərxanda 8 mm, Ordubad, Ağdərə (Ordubad), Balakən, İmişlidə 7 mm, Bərdədə 6 mm, Şahbuzda 5 mm, Şabranda 4 mm, Biləsuvar, Mərəzədə 3 mm, İsmayıllı, Xaçmazda 2 mm, Şamaxı, Tovuz, Şəmkir, Gəncə, Naxçıvan, Şərur, Sədərək, Neftçala, Zərdab, Mingəçevirdə 1mm olub.