Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyində və səfirliyin Konsulluq şöbəsində vətəndaşların qəbulu müvəqqəti olaraq dayandırılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə səfirliyin “Facebook” səhifəsində bildirilib.
Qərarın koronavirusla əlaqəli olduğu vurğulanıb.
Qeyd olunub ki, vətəndaşlar təcili məsələlərlə bağlı +995 577 06 50 50 mobil nömrəsi ilə əlaqə saxlaya bilərlər.