Azərbaycanda 8 ayda doğumu qeydə alınmış körpələrə ən çox qoyulan adlar açıqlanıb.
Ədliyyə Nazirliyindən APA-ya bildirilib ki, 8 ayda doğulan oğlanlara ən çox Yusif, Əli, Uğur, Hüseyn və Məhəmməd adı qoyulub.
Qadın cinsindən olanlara isə Zəhra, Zeynəb, Məryəm, Mələk və Aylin kimi adların verilməsi üstünlük təşkil edib.