Azərbaycanda xüsusi karantin rejimi güclənir, metro yeni iş rejiminə keçir və ... - QƏRARGAH
27 mart 2020 20:50 (UTC +04:00)

Azərbaycanda xüsusi karantin rejimi güclənir, metro yeni iş rejiminə keçir və ... - QƏRARGAH

"29 mart saat 00:00-dan etibarən Xüsusi karantin rejimi gücləndirilsin". 

Lent.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub. Məlumatda bildirilir ki, xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılsın:

"Baki, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudları daxilində hərəkət sərbəstdir.

Nəqliyyat vasitələri üzrə:

Bakı metrosunun iş vaxtı səhər 07:00-09:00 və axşam 17:00-20:00 saatlarına müəyyən edilsin. 

Ticarət obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılsın, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

İctimai iaşə obyektləri üzrə:

Xüsusi karantin rejimi dövründə bütün ictimai iaşə obyektlərində, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmət dayandırılsın və evə götürmə, çatdırma, və onlayn satışlara məhdudiyyətsiz icazə verilsin.

Əhalinin  hərəkəti üzrə:

Bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılsın".

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 762
avatar

Oxşar yazılar