Azərbaycanda polislər koronavirusdan necə qorunur? - RƏSMİ CAVAB
16 aprel 2020 16:14 (UTC +04:00)

Azərbaycanda polislər koronavirusdan necə qorunur? - RƏSMİ CAVAB

Azərbaycanda olduğu kimi, bütün dünyada koronavirusla mübarizə tədbirlərinin əsas qəhrəmanları həkimlər və polislərdir. Demək olar ki, dünyanın hər bir ölkəsində həkimlərin bu virusa yoluxması barədə mediada məlumatlar yayılıb. Həmçinin bir sıra ölkələrdə də polis işçilərinin də koronavirusa yoluxması, hətta Nyu-Yorkda 27 polisin virus səbəbilə ölməsi haqqında da informasiyalar dünya mediasında yer alıb. Görəsən, bu baxımdan Azərbaycan daxili işlər orqanlarında vəziyyət necədir? Ölkəni koronavirus bəlasından xilas etmək üçün gecə-gündüz xidmət aparan polis və Daxili Qoşunların hərbçiləri virusdan necə qorunur? Onların arasında virusa yoluxma halı müşahidə alınıbmı?

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, polis əməkdaşların sağlamlığı hər gün yoxlanılır və buna ciddi qaydada nəzarət edilir:

“Daxili İşlər orqanlarının əməkdaşları arasında koronavirusa yoluxma müşahidə edilməyib. Bütün əməkdaşların sağlamlığı nazirliyin Arif Heydərov adına Respublika Hospitalında müasir texnologiyalar vasitəsilə daim nəzarətdə saxlanılır. Daxili Qoşunların hərbi qulluqçuları da hər gün xidmətə çıxmazdan əvvəl hərbi hissələrdə olan tibb məntəqələrində yoxlamadan keçirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar