Azərbaycanda 2019-cu ildə 345 nəfəri oğlan, 315 nəfəri isə qız olmaqla ümumilikdə 660 uşaq, o cümlədən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb.
Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2 faiz, qızların sayı 9,7 faiz azalıb, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilən övladlığa götürülmə barədə qərarların sayı isə 22,4 faiz artaraq 82 təşkil edib.
Ötən il övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.