Goranboyda yerləşən məcburi köçkünlər üçün salınmış şəhərcik koronavirusa qarşı dezinfeksiya olunub.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, dezinfeksiya işləri 690 ailənin məskunlaşdığı 12 hündürmərtəbəli binada və şəhərciyin ərazisində həyata keçirilib.
Birinci mərhələdə şəhərcikdə yerləşən məktəb və məktəbəqədər müəssisə tam dezinfeksiya olunub.
Proses qarşıdakı günlərdə köçkünlərin kompakt yaşadığı digər məntəqələrdə davam etdiriləcək.