“Azərbaycan koronavirus yoxdur. Bu qədər maskadan istifadə etməyə də ehtiyac duyulmur, bu, ajiotaj yaradır”.
APA-nın xəbərinə görə, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktor müavini Afaq Əliyeva deyib.
Onun sözlərinə görə, koronavirus dünyanın müxtəlif ölkələrində yayılıb: “İnsanlarda müəyyən narahatçılıq yaranır. Azərbaycana yanvar ayından Çindən, İrandan gələnlər var, amma virus aşkarlanmayıb. Hərarəti artıq olanlar da müayinə olunur, sərhəddən keçəndə karantin xidmətinə alınırlar”.