Azərbaycanda koronavirusa qarşı peyvənd olacaq? - Baş infeksionitdən AÇIQLAMA
07 aprel 2020 10:57 (UTC +04:00)

Azərbaycanda koronavirusa qarşı peyvənd olacaq? - Baş infeksionitdən AÇIQLAMA

“Hələ də dünyada koronavirusa qarşı peyvənd tapılmayıb”.

Bu sözləri Lent.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. O bildirib ki, koronavirusun növləri çoxdur:

“Bu səbəbdən də onun birinə qarşı peyvənd edib immunitet yaranırsa, o birisindən qorumur və sözügedən immunitet də davamlı olmur. Belə ki, ancaq infeksiyanın yayılmasını müvəqqəti qorumaq mümkün olur”.

C.İsayev qeyd edib ki, hazırda dünyanın aparıcı dövlətləri koronavirusa qarşı peyvəndin işlənib hazırlanması ilə bağlı ciddi məşğuldurlar:

“Əgər peyvənd tapılarsa, dünyada vətəndaşların peyvəndlənməsi prosesinə başlanılacaq. Eləcə də Azərbaycanda da insanların, xüsusən də yaşı 65-dən çox olan şəxslərin peyvənd edilməsi mümkün ola bilər. Bunu zaman göstərəcək”.

Qeyd edək ki, ötən dövr ərzində ölkədə koronavirus infeksiyasına yoluxmuş 641 şəxsdən 44 nəfəri müalicə olunaraq sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Onlardan 11 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar