"İndiyədək koronavirusla bağlı 75397 test icra etmişik".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
O deyib ki, ümumi ölüm hallarının sayı 13-dür: “6 nəfər süni tənəffüs cihazına qoşulmuş şəkildə müalicəsini davam etdirir”.