"Azərbaycanda heç bir kəsin karantindən yayınması halı baş verməyib. Karantinin şərtlərinə hamı riayət etməlidir".
Lent.az-ın xəbərinə görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bu işin təşkili müvafiq orqanlar tərəfindən tənzimlənir: "Vətəndaşlar narahat olmasınlar, əgər belə hal olarsa, qarşısı alınacaq".